Interposta.Info

DİM sədri: “Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb”

Ölkə
 17-05-2018, 12:25     10 325

"2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb”

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb.

Dövlət sifarişli yerlərin sayının 1,3 % artdığını vurğulayan DİM sədrinin sözlərinə görə, 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb. (APA)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26