Interposta.Info

Təhsil naziri: "Bakalavriat səviyyəsinə qəbul planı 6,4 faiz artıb"

Ölkə
 14-06-2019, 08:48     10 283

"Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötüb".

Bu fikirlər Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.

Nazir qeyd edib ki, artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib: "Bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlmiş, yəni 6,4 faiz artmışdır. Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılmış, 70-ə yaxın ixtisas birləşdirilmiş və ya çıxarılmış, təsnifata 46 yeni ixtisas əlavə edilmişdir"./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26