Interposta.Info

Qəbul planı 100 faiz dolan universitetlər (SİYAHI)

Müxtəlif
 25-09-2020, 08:53     199

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il plan yerləri yüksək faizlə dolan ali məktəblərin adlarını açıqlayıb.

"İnterPosta" xəbər verir ki, bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri 100 faiz dolub.

Azərbaycan Milli Konservatoriyasının plan yeri 98 faiz, Azərbaycan Dillər Universitetinin plan yeri 95 faiz, Bakı Dövlət Universitetinin plan yeri 93 faiz dolub.

Bunları çox yüksək göstərici sayan M.Abbaszadə qəbul planı ən aşağı faizlə dolan ali məktəblərin isə Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Əmək və Sosial Akademiyası olduğunu söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26