İtkin düşmüş alpinistlərin meyiti morqa gətirildi -
Qubada itkin düşmüş alpinistlərin meyiti Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.
"XeberBiz" report-a istinadən xəbər verir ki, onların meyiti müayinə olumaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə, daha sonra isə ailələrinə təhvil veriləcək.
Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının bildirdiyinə görə, alpinistlərin meyitləri axtarış qərargahından 6 km aralıda tapılıb. Onun sözlərinə görə. İlk olaraq Hüseynov Babur Vaqif oğlu, ardınca isə Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlunun meyiti aşkar ehdilib.
FHN əməkdaşı bildirib ki, meyitlər tanınan haldadır.
Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26