Interposta.Info

FHN itən alpinistlərin izini tapdı, amma...

Gündəm
 28-12-2017, 06:29     8 196

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, axtarışlara nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədilə sabah əlavə qüvvələrin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Əlavə məlumat veriləcək.

***

Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hava şəraiti ilə əlaqədar bugünlük dayandırılıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin alpinisti Sima Səfərova Azvision.az-a bildirib ki, axtarışlar zamanı itkin düşən alpinistlərin hərəkət marşrutu üzrə izlər aşkar edilib.

"Həmin yerə baxış keçirilib, məlum olub ki, müəyyən yerdən sonra izlər itib. Hava şəraiti ilə əlaqədar bugünlük axtarışlar dayandırılıb. Sabahdan axtarışlar davam etdiriləcək" - S.Səfərova bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26