Interposta.Info

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yeni məlumat -

Ölkə
 30-12-2017, 13:00     10 584

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargah məlumat yayıb.

Axar.az xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəsisləri də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulublar.

Əlavə məlumat veriləcək.

interposta.info

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yeni məlumat -
İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yeni məlumat - İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yeni məlumat -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26