Interposta.Info

İTV-nin yeni baş direktoru kimdir?

Ölkə
 11-05-2018, 18:09     10 393

Xəbər verdiyimiz kimi, Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib. O,bu vəzifədə Cəmil Quliyevi əvəzləyib.

Qaynarinfo xəbər verir ki, Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.

"Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

Bakıda 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə məzunudur.

B. Qasımov 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu seçilib. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. B. QAsımov Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

O, 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" mükafatlarına layiq görülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26