Interposta.Info

İTV-də təşviş - Yeni baş direktor ilk növbədə kimləri vuracaq?

Gündəm
 14-05-2018, 12:44     10 567

İctimai Televiziyaya qəfildən yeni baş direktorun təyin edilməsi qurumda ciddi təşvişə səbəb olub.

Televiziya əməkdaşları yeni rəhbərin – Balakişi Qasımovun ciddi kadr dəyişikliyi edəcəyini, xüsusən də rəhbər şəxsləri dəyişəcəyinə əmindirlər. Onlar hesab edir ki, İTV-ni dəyişməyə göndərilən Balakişi Qasımov öz komandası ilə gələcək və əsas postları da onlara həvalə edəcək. Buna görə də artıq bir neçə departament rəhbəri indidən öz əşiyalarını yığmağa başlayıb.

Ən çox təşviş keçirənlər isə AzTV sədri Arif Alışanova yaxınlığıilə seçilən adamlardır. Çünki məlumata görə, yeni rəhbər ilk növbədə İTV-ni AzTV "əsarətindən” çıxarmağa çalışacaq.

Qeyd edək ki, mayın 11-də Balakişi Qasımov İctimai Televiziyanın yeni baş direktoru seçilib. O, bu həftə vəzifəsinin icrasına başlayacaq.

B. Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə "İlin adamı" seçilib.

İTV-də təşviş - Yeni baş direktor ilk növbədə kimləri vuracaq?

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb./bakupost.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26