Bakıda iş mərkəzində yanğın daha da güclənib

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın getdikcə güclənir və binanın xeyli hissəsinə yayılıb.
Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.
Yanğın yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib.
***12.44
Bakıda əvvəllər "Tramp Tower” kimi tanınan binada yanğın başlayıb.
"XeberBiz" APA-ya istinadən xəbər verir ki, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26