Interposta.Info

Bakıda növbəti böyük söküntü qərarı - Abid Şərifov anons etdi/

Ölkə
 21-04-2018, 09:37     10 670

"Hazırda "Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq".

interposta.info
xəbər verir ki, bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, bu il "Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

"Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılcaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, - deyə Abid Şərifov qeyd edib.

Baş nazirin müavini Bakıda həyata keçirilməsi nəzərdə tutulan və başladılan pilot layihələr barədə də açıqlamalar verib.

interposta.info bildirir ki, müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26