Interposta.Info

Abid Şərifov vəzifəsiz qalmasından danışdı

Gündəm
 21-04-2018, 20:29     10 495

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Uzun illər hökumətdə baş nazirin müavini postunu tutan Abid Şərifov da yol salınanlar sırasında oldu.

"XeberBiz" xəbər verir ki, gununsesi.info-ya açıqlamasında Abid Şərifov ölkə başçısının sərəncamını şərh edib:

”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi vəzifəm olub. Bu gün də sadə vətəndaş kimi dövlətimə, prezidentimə sədaqətlə xidmət edəcəm. Allah İlham Əliyevə can sağlığı versin. Bu gün uğurlarımız onun rəhbərliyi ilə qazanılıb. Mən sizə də təşəkkür edirəm ki, yada saldınız”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26