Interposta.Info

Qrudinin sözünün üstündə durdu: bığlarını qırxdı

Ölkə
 25-03-2018, 09:01     10 408

Rusiyada prezidentliyə keçmiş namizəd Pavel Qrudinin Yuri Duda mərcdə uduzduğu üçün bığlarını qırxıb.

Bu barədə məlumatı Qrudinin özü İnstaqram səhifəsində yayıb.
“Salam. Dünən MSK seçkilərin son nəticəsini elan etdi. Mən onlarla razı deyiləm – ancaq söz vermişəm və sözümü tutmalıyam”, - Qrudinin yazıb.

Qeyd edək ki, seçkidən öncə Qrudininlə Yuri Dud mərcə girmişdilər. Şərtə görə, prezidentliyə namizəd 15 faizdən az səs toplayacağı halda bığlarını qırxmalı idi, 15 faizdən çox səs alacağı təqdirdə isə jurnalist saçını qırxdıracaqdı.

Xalq artısti, teleaparıcı Leonid Yakuboviç az öncə Qrudininə verdiyi sözü tutması üçün çağırış da etmişdi./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26