Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu

Soydaşımız Qırğızıstan Respublikasının Prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
interposta.info xəbər verir ki, bu barədə Moderator.az -a məlumatı namizədin özü – Nüsrət Məmmədov verib.
Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Prezidentlik vəzifəsinə Qırğızıstan vətəndaşı Nüsrət Musa oğlu Məmmədovun namizədliyini qəbul edib.
N. Məmmədov 1957-ci ildə doğulub və Qırğızıstan vətəndaşıdır. N.Məmmədov Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna rəhbərlik edir.
interposta.info olaraq soydaşımıza uğurlar arzulayırıq.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26