Interposta.Info

Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR

Ölkə
 10-03-2018, 22:22     10 780

Şimali Monqolustanda yaşayan tuxaları araşdıran fotoqraf Həmid Sərdar Afxami onların gündəlik həyatını fotolarla canlandırıb.
Tuxalar Monqolustanda 10 min ilə yaxındır ki, yaşamlarını davam etdirirlər. Tuxalar yaxşı şimal maralları yetişdirirlər və onlar türkcəyə yaxın olan bir dildə danışırlar. Tuxalar Monqolustanın şimal-şərq sərhəddindən Sayan dağlarında yaşayırlar.

Şamanizm dininə inanan tuxalar hazırda 10 min əvvəlki kimi yaşam tərzi sürürlər. Monqolustana Tuva vadisindən gələn, ovlarını paylaşan, meşələrdən meyvə toplayan, təbiətlə iç-içə bir həyatları olan tuxalar Sayan dağlarında yaşayan və nəsli sürətlə tükənən Ren maralları ilə birlikdə köçəri olaraq yaşayırlar.
Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR

Harvard universitetində Çin-təbiət dili üzrə təhsil alan Sərdar Afxami yox olmağa doğru gedən tuxa xalqının yaşam tərzini kəşf edib və çəkdiyi fotolarla onlar haqqında bir sənədli film də hazırlayıb. Şimal marallarının südü və pendiriylə, eləcə də meşədən topladıqları yabanı meyvələrlə qidalanan tuxalar meşəyə gedərək ovçuluqla məşğul olur, meşədən topladıqları bəzi yabani meyvə-tərəvəzləri kənd camaatına sataraq ən sadə ehtiyaclarını qarşılayırlar.

Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR

Dünyada artıq çox az insanın etdiyi və nəsildən-nəsilə keçən qartallarla şikar ovlama adətinə tuxalarda da rast gəlmək mümkündür. Onlar üçün qartalla şikar ovlamaq bir məharət deyil, yaşam tərzidir. Tuxalar qartallarla tülkü və ya sincab kimi xırda heyvanları ovlayırlar.

Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR

Tuxaların şimal marallarını yetişdirməklə yanaşı, meşədə yaşayan canavarları da əhilləşdirdikləri bildirilir. Onlar canavarları özlərinə dost edərək ev heyvanına çevirə bilirlər.

Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR

Tuxaların hazırdakı sayları 500 nəfərdən çoxdur. Tuxaları Monqolustanda Tsaatan adlandırırlar. Mənası “şimal maralı insanı” deməkdir. Tuxaların şimal marallarının yetişdirlməsi ilə məşğul olduqları üçün bu ləqəb (Tsaatan) onlara monqolustanlılar tərəfindən verilib. Tuxa xalqı şimal marallarının ətini yalnız qidaları tükəndikdə, ehtiyac olduqda kəsib yeyirlər. Tuxalı kişilər xüsusiə qış və yaz aylarında marallarla birlikdə uzun müddətli ovlara çıxırlar.

interposta.info

Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR
Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR
Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR
Şimali Monqolustanda yaşayan köçəri türklər – Tuxa xalqının 10 min illik yaşam tərzi - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26