Əlsiz və ayqsız olan 24 yaşlı fotoqraf çəkdiyi fotolarla hər kəsi heyran edir – VİDEO, FOTO
İndoneziyalı bir fotoqraf əlləri və ayaqları olmamasına rəğmən çəkdiyi fotolarla insanları valeh edir. Gördüyü işlərlə əzm və iradə nümayiş etdirən gənci sizlərlə tanış edəcəyik.
Axmad Zulkarnayn adlı bu gəncin əl işlərini təqdim edir.
Onun çəkdiyi fotoları görənlər gözlərinə inanmır. Hər kəs onun fotoaparatı əlləri olmadan necə idarə etdiyini maraqlanır. O, fotoaparatı ağzı ilə işlədir. 24 yaşlı gənc fotoqraf dünya bu cür göz açıb. Olduqca bacarıqlı və qabiliyyətlidir. O, fotoları çəkməklə yanaşı, onları kompyuterə köçürür və xüsusi proqramlardan istifadə edərək şəkillərdə düzəlişlər edə bilir.
Bir çox fotolarında manikenlər də yer alır. Ailəsinin yardımı ilə özünə kiçik bir avtomobil də alıb. Bir çox insana qəribə gəlsə də o, ailəsinin hazırladığı kiçik kartingi idarə edir.
Axmad öz şirkətini də qurub.
“Bang DZOEL” adını verdiyi şirkətinə müraciət edənlər sayı çoxdur. Axmad qüsurlu olmasının işinə mane olmadığını və insanların ona yazığı gəlməsindən xoşlanmadığını deyir: “ İnsanların fotolarımı görüb kim olduğumu düşünmələrini istəmirəm. Yaradıcılığımla tanış olsunlar, bu mənə yetər.”
Axmad gördüyü işlərlə dünyanın hər bir yerindəki digər əngəlli insanlara da ilham qaynağıdır. Qərarlılıqla hər cür əngəli aşa biləcəyini sübut edir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26