Interposta.Info

Metroda insident - Uşağı vaqonda unutdular

Ölkə
 9-03-2018, 00:11     10 560

Bu gün saat 15:30 radələrində Bakı metrosunda uşaq itkin düşüb.

Bu barədə BakuPost-a "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, uşağın valideynləri "28 May” stansiyasında metrosundan düşərkən onu düşürməyi unudublar.

Dərhal bu barədə stansiyada xidmət göstərən polis əməkdaşlarına məlumat verilib. Qatar metronun "Nəriman Nərimanov” stansiyasına çatdıqda metropoliten və polis əməkdaşları uşağı tapıblar. O, valideynlərinə təhvil verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26