Interposta.Info

Bakı metrosunda gənc oğlan qatar yoluna düşərək qaçmağa başlayıb-

Ölkə
 25-01-2018, 20:38     10 451

Bakıda gənc oğlan metroda qatar yoluna tullanaraq qaçmağa başlayıb.

"XeberBiz" musavat.com-a istinadən xəbər verir ki, hadisə "İnşaatçılar" stansiyasında baş verib.

Şəmkir rayonu sakini 1992-ci il təvəllüdlü Tamerlan Ələsgərov özünü qatar xəttinə ataraq, üzü "Elmlər Akademiyası" stansiyası istiqamətində qaçmağa başlayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarların hərəkəti dayandırılıb. Daha sonra şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb.

N.Paşatev qeyd edib ki, hadisədə hər hansı intihar məqsədi olmadığı görünür.

Olayın təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26