Interposta.Info

Azərbaycanda tanınmış xanım jurnalistin evini soydular

Ölkə
 31-01-2018, 11:03     10 410

Tanınmış jurnalist Ağanisə Sultanovanın evi soyulub.

Jurnalist bu barədə sosial mediada məlumat yayıb.

Ağanisə Sultanova bildirib ki, dünən axşam saatlarında evə gəlib və qapının qırıldığını görüb:

"Axşam saat 8-də işdən evə gəldim. Qapını açmaq istəyəndə gördüm ki, qapının qulpu qırılıb. İçəri daxil ola bilmədim. Dərhal polis çağırdım. Qapını açıb içəri daxil olanda gördüm ki, evin altını üstünə çeviriblər. Divar dolabının üzərində qan ləkələri var idi. Qızıl, bahalı zinət əşyaları taxmağı sevmədiyim üçün, hamısı siyirmədə idi. Hələ özümə gələ bilmirəm. Mənə ən çox təsir edən isə anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pullar və atamın Həcc ziyarətindən gətirdiyi, dəyərli boyunbağımın oğurlanmasıdır. 2014-cü ildə mən avtomobil qəzası keçirdim. Hələ də məni vurub qaçan şəxsin kim olduğunu bilmirəm. Bu gün isə ondan da dəhşətli hadisə gəldi başıma. Maddi ziyanlardan başqa hər dəfə aldığım mənəvi zərbələr məni məyus edir".

Xatırladaq ki, Ağanisə Sultanova uzun müddət "Xalq" qəzetində və AzTV-də çalışıb.

interposta.info
Azərbaycanda tanınmış xanım jurnalistin evini soydular

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26