Interposta.Info

Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin

Ölkə
 30-01-2018, 18:09     10 693

Rusiyanın paytaxtı Moskva şəhərində Sumqayıt sakininin ölümü ilə nəticələnən silahlı insidentin baş verməsi ilə bağlı məlumatı vermişdik.

Məlumat üçün qeyd edək ki, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rüstəmov aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb.

interposta.info
xeberle.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən Mahir Rüstəmov Moskvada kafelərin birində ofisiant işləyirmiş. O, Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayıb. Bir müddət əvvəl isə evlərindən Rusiyaya qayıdıbmış.

Hadisə nəticəsində yaralanan Əli Həsənov isə Sumqayıt şəhəri 1-ci mikrorayon sakinidir.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Hadisə nəticəsində ölən M. Rüstəmovun fotolarını təqdim edirik.

interposta.info
Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin
Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin
Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin
Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin
Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin
Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26