Interposta.Info

Türk qırıcısının səsi ABŞ-ı narahat etdi – Sonik partlayış

Ölkə
 27-01-2018, 11:02     10 334

Türkiyəyə məxsus qırıcı təyyarənin ABŞ-ın xüsusi həssaslıq nümayiş etdirdiyi Menbiçdə boş ərazini bombalaması xəbəri rəsmi Ankara tərəfindən təkzib olunub.

Ankara qırıcının Menbiç yaxınlığında uçduğunu, lakin bombardman kimi zənn edilən partlayış səsinin təyyarənin səs sürətinə keçməsi nəticəsində yaranan səs partlayışı (sonik partlayış) olduğunu bildirib.

“Türkiyə Silahlı Qüvvələri çox ciddi bir hərbi gücdür. Əməliyyat harada həyata keçiriləcəksə, rəsmi açıqlamada da o bölgənin adı bildirilir. Kimsə sonik partlayışı ayırd edə bilmirsə, bu onların problemidir”, - məlumatda deyilib.

Qeyd edək ki, “Nyu York Tayms” Türkiyə qırıcısının Menbiçi bombardman etdiyini yazıb./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26