Interposta.Info

400 illik mumiya türk nazirin qohumu çıxdı –

Ölkə
 25-01-2018, 18:34     10 532

İsveçrənin Bazel şəhərində maraqlı bir fakt aşkarlanıb. Belə ki, təsadüf nəticəsində 43 il əvvəl bir kilsədən tapılan mumiyanın İngiltərə Xarici İşlər naziri Boris Cohnsonun əcdadı olduğu ortaya çıxıb.

Ailem.az xarici mediaya istinadən bildirir ki, mumiyalanan qadın, Conhsonun 8 nəsil əcdadıdır. Bu isə Cohnsonun genlərinin ən az 256-da birini bu qadından aldığı mənasına gəlir. B. Cohnson isə Osmanlı İmparatorluğunun son Daxili İşlər Naziri Ali Kamal bəyin nəvəsi Stanley Johnsonun oğludur.

Məlumat verək ki, mumiya Bazeldəki Barfüsser Kilisəsindəki renovasiya işləri əsnasında 1975-ci ildə tapılıb.

Kilsənin önündə basdırılmış bir formada tapılan qadının yaxşı qidalandığı və keyfiyyətli paltarları olduğu müəyyən edilir və onun Bazelin varlı qadınlarından biri olduğunu bildirirlər.

Qadının şəxsiyyətini ortaya çıxaran hər hansı bir məzar daşı olmasa da basdırıldığı taxta tabutda aparılan ilk analizlər, tabutun 16-cı əsrdə hazırlandığını göstərib. Bir digər fakt isə cəsəddə yüksək səviyyədə civə olması idi. Tarixçilər bildirir ki, 15-ci əsrdən 19-cu əsrə qədər civə frengin xəstəliyini müalicə məqsədi ilə istifadə olunurdu. Son dərəcə zəhərli olan civə isə əksər hallarda xəstələri sağaltmaqdansa, öldürürdü. Amma yüksək faizdə civəyə məruz qalan cəsədlər xarab olmur mumiyalaşırdı.

Lakin bu məlumatlar da qadının kimliyini ortaya çıxarmırdı.

2017-ci ildə isə mumiya ilə bağlı daha bir məlumat ortaya çıxır: Mumiya 1975-ci ildən əvvəl 1843-cü ildə də kəşf edilmişdi.

Bu məlumatlara əsasən tarixçilər mumiyanın Baselin varlı ailələrindən Bischofflara aid olduğunu düşünməyə başlayırlar.

Ən müasir məlumatlardan istifadə edən elm adamları, mumiyanın ayaq baş barmağından DNK əldə etməyi bacarırlar.

DNK-lar, bir-birindən əlaqəsiz işləyən elm adamları tərəfindən Bischoff ailəsinin həyatdaki nümayəndələrinin genləri ilə qarşılaşdırılır.

Nəticə isə dəqiq olur. Hazırda həyatda olan ailə üzvlərinin mumiyanın soyundan gəlmə ehtimalı yüzdə 99,8 olaraq müəyyən edilir. Məlum olur ki, mumiya 1719-cu ildə Bazeldə doğulan və 1787-ci ildə vəfat edən Anna Catharina Bischoff olduğu ortaya çıxır.

Mumiyanın şəxsiyyəti müəyyən edildikdən sonra şəcərə mütəxəssisləri işə başlayırlar və doğum sertifikatları, evlilik, ölüm elanları kimi sənədlərə baxaraq Anna Catharinanın soyunun davamını ortaya çıxarır. Bəlli olur ki, Anna Catharinanın yeddi uşağı olur. Amma onlardan yalnız ikisi yaşayır və digərləri kiçik yaşda ölür. Həyatda qalan uşaqlardan biri Hubert Baron Pfeffel von Kriegelstein ilə evlənir.

Pfeffellerin beşinci nəslindən Yvonne Pfeffel isə Boris Johnsonun dədəsi Osman Wilfred Johnson Kamal ilə evlənir.

Qeyd edək ki, araşdırmaların nəticəsinə Boris Johnson hələlik heç bir münasibət bildirməyib.

interposta.info

400 illik mumiya türk nazirin qohumu çıxdı –400 illik mumiya türk nazirin qohumu çıxdı –
400 illik mumiya türk nazirin qohumu çıxdı –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26