Interposta.Info

Klinton mumiyanın lənətinə düçar olub -

Dünya
 22-03-2017, 07:32     478

ABŞ-ın sabiq dövlət katibi, Demokratlar Partiyasının üzvü Hillari Klintonun 2016-cı il prezident seçkilərində məğlub olması ilə bağlı ilginç səbəb irəli sürülüb.

Axar.az xəbər verir ki, “Nyu York Observer” nəşrində yayımlanan bir məqaləyə görə, Klinton 1997-ci ildə Rusiyanın Novosibirsk şəhərinə səfəri zamanı ziyarət etdiyi mumiyalanmış Sibir şahzadəsi Ukokun lənətinə düçar olub.

“Mümkündür ki, həmin mumiya Klintonun qismətini bağlayıb. Klinton 1997-ci ildə Novosibirskə səfəri zamanı Sibir şahzadəsinin mumiyasını görmək istədi və hər şey bundan sonra başladı. Həyat yoldaşı Bill Monika Levinski ilə münasibət qurdu. Daha sonra xanım Klintonda ani gülüşlər, duyğusal dəyişikliklər və unutqanlıq kimi qəribə hallar yaşanmağa başladı”, - məqalədə bildirilib.

Qeyd edək ki, 1993-cü ildə tapılan Sibir şahzadəsi Ukokun 2500 il öncə mumiyalanaraq basdırıldığı ehtimal edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26