Interposta.Info

Peruda tapılan üçbarmaqlı mumiya—

Ölkə
 25-06-2018, 20:24     10 509

"XeberBiz" “Ölkə.Az”-a istinadən xəbər verir ki, tədqiqatçı mumiyanın yeni bir insan növünə aid olduğunu iddia edib. Mumiya qəbir soyğunçuları tərəfindən tapılıb. Yadplanetli olduğu iddia edilən meyit DNA və karbon analizlərdən keçib. Məlum olub ki, meyit 1800 yaşındadır. Meyitin 98.5%-i insan, 1.5%-i isə bilinməyən bir növdür.

İngilis tədqiqatçı və sənədli film prodüseri Stiv Mera Perudakı meyitləri əldə edib və bir neçə nümuna götürərək DNA testi üçün göndərib. Mera deyir ki, bu kəşf tarix kitablarımızı dəyişə bilər.

İncə, uzun başı və üç barmağı ilə diqqətləri cəlb edən mumiyalanmış meyit bir qadına aiddir və bunun yeni və bilinməyən bir insan növü olma ehtimalı da çox yüksəkdir.

Mera meyitin həqiqət olduğuna inanır. Şir-Lankadakı “Genetech” laboratoriyasının professorları da mumiyanın qeyri-adi DNA strukturuna malik olduğunu bildirirlər. Meyitin genlərində məlum olan heç bir xəstəliyin izinə rast gəlinməyib.

interposta.info




Peruda tapılan üçbarmaqlı mumiya—
Peruda tapılan üçbarmaqlı mumiya—
Peruda tapılan üçbarmaqlı mumiya—Peruda tapılan üçbarmaqlı mumiya—

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26