Interposta.Info

Bakıda rəsmi kortej tıxacla hərəkət etdi

Ölkə
 16-01-2018, 11:32     9 574

Bakı Olimpiya Stadionunun qarşısında aparılan tunel tikintisi səbəbindən rəsmi kortej tıxacla hərəkət etməli olub.

Axar.az xəbər verir ki, yaranmış sıxlıq daha uzun tıxaca səbəb olmasın deyə, Dövlət Yol Polisi əməkdaşları yolu tamamilə bağlamayıblar. DYP əməkdaşlarının köməyi ilə Bakıxanov qəsəbəsindən gələn avtomobillər prospekt yoluna hissə-hissə buraxılıb. Rəsmi kortej də vətəndaşlarla birgə tıxacla hərəkət edib.

Polislərin səyi nəticəsində yolda uzunmüddətli sıxlıq yaranmayıb. Tunel tikintisi ilə əlaqədar metronun “Koroğlu” stansiyasına gedən yolda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün Atletlər Kəndi ərazisindən olan yolu vətəndaşlar üçün açıblar.

Belə ki, Ziya Bünyadov prospektinə tərəf hərəkət edən avtomobillər sıxlığa düşməsin deyə, Olimpiya stadionu ətrafından hərəkət edərək Z.Bünyadov prospektinə çıxıblar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun qarşısından yolun əks istiqamətinə qədər uzanacaq tunelin tikintisinə başlanılıb. Bu tunel Ziya Bünyadov (Dərnəgül) prospektindən gələn və hava limanı istiqamətində hərəkət edən sürücülərin işini asanlaşdıracaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26