Interposta.Info

Bu yollarda sıxlıq var (SİYAHI)

Ölkə
 23-09-2021, 10:36     374

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb.

"İnterPosta" xəbər verir ki, Agentlikdə verilən məlumata görə, hazırda paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.

Həmçinin Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26