Xəzər TV-ni sosial şəbəkədə belə ələ saldılar- FOTO
Ölkə telekanallarının vətəndaşların sosial problemlərinə biganəliyi, habelə hadisələrə qeyri-obyektiv mövqesi, bir sıra hallarda görməzdən gəlməsi zaman-zaman tənqid olunub.
"XeberBiz" Gununsesi.info-a istinadən xəbərinə görə, bu günlərdə Xəzər TV ilə bağlı facebookda daha bir tənqidi müzakirələr açılıb. Belə ki, bir vətəndaş ünvanlı yardımların gecikmə səbəbi ilə bağlı adıçəkilən kanalın watsap nömrəsinə şikayət mesajı yazaraq, kanaldan problemi araşdırmağı xahiş edib. Ancaq vətəndaşdan gələn şikayətə əhəmiyyətsiz yanaşan Xəzər TV-nin Xəbər Xidməti vətəndaşın ironiyalı mesajı ilə üzləşib.
Bu mesaj isə sosial şəbəkələrdə müzakirə mövzusu olmaqla yanaşı, həm də kanal əleyhinə piara çevrilib.
Həmin mesajı təqdim edirik:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26