Sosial yardım ala bilməyənlərə şad xəbər -

Bəzi vətəndaşların ünvanlı sosial yardım ala bilməməsinin səbəbləri açıqlanıb.
interposta.info Xəzər xəbər-ə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu sosial yardımı elektron yolla alanlara 2 aydır pul ödənməməsinə aydınlıq gətirib.
Məlumata görə, əsas səbəb elektron sistem tərəfindən yardım alan vətəndaşların məlumatlarının yoxlanılmasıdır.
DSMF-nin sektor müdiri Kənan Əkbərovun sözlərinə görə, mart ayı ərzində 153 min vətəndaşa 155 manat məbləğində sosial yardım ödənilib. Ünvanlı sosial yardımın veriləcəyi tarix də müəyyən edilib.
Vətəndaşlar gəlirləri və ailə tərkiblərində dəyişiklik olarsa, dərhal 5 iş günü müddətində Fonda məlumat verməlidirlər. Əks halda onlara sosial yardımların verilməsi dayandırılır.
Ünvanlı sosial yarımın alınmasında hansısa suallar və müraciətlər olarsa, vətəndaşlar 142 saylı çağrı mərkəzinə müraciət edə bilərlər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26