Interposta.Info

WhatsApp-da səhv tapıldı - Silinən mesajı oxumağın yolları

Müxtəlif
 17-11-2017, 14:00     10 472

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan WhatsApp-ın bir müddət əvvəl təqdim edilən mesajsilmə funksiyasında səhv tapılıb.

interposta.info milli.az -a istinadən xəbər veir ki, izləyicilər bu səhvə görə silinən mesajları oxuya bilirlər.

Bu səhv barədə İspaniyanın texnologiya saytlarından biri olan Android Jefe-də məlumat verilib. Qeyd olunub ki, Android platformalı telefonlarda qarşı tərəfin göndərib sonra sildiyi mesajı oxumaq mümkündür.

"Biz WhatsApp-da qarşı tərəfin göndərib, sildiyi mesajı oxumağın yolunu tapmışıq.

Bu mesajlar parametrlərdəki bildiriş mərkəzində saxlanılır. Belə ki, "settings"dən "notification register"ə daxil olmaqla silinən mesajları oxuya bilərsiniz".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26