Interposta.Info

Rusiyaya qara qar yağıb -

Ölkə
 23-12-2017, 07:23     10 468

Rusiyanın Novosibirsk şəhərində qara rəngdə qar yağıb, bəzi yerlərdə qarın qalınlığı bir neçə santimetrə çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qara kül formasında olan yağıntı şəhərdə təpəciklər əmələ gətirib.

Eyni zamanda yağıntı paltarların üzərində də qalır.

Bu yağıntıların mənbəyi kömür-mazut yanacağı ilə fəaliyyət göstərən zavodun qazanxanasıdır.

Novosibirsk meri Anatoli Lokot sakinlərin şikayəti əsasında Novosibirsk Elektrovoz Təmiri Zavodundan (NETZ) qazanxananı qazla işlətmək prosesinə keçidi sürətləndirməyi tələb edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26