Interposta.Info

BMT dünyada rüşvətin illik həcmini açıqladı - ŞOK ARAŞDIRMA...

Ölkə
 11-12-2017, 07:32     10 447

Birləşmiş Millətlər Təşkilatı dünyada rüşvətin illik həcmini bir trillion dollar dəyərində qiymətləndirib.

Moderator.az xəbər verir ki, bu haqda BMT-nin Məlumat Mərkəzinin xəbərlərində deyilir.

BMT-nin İnkişaf Proqramının məlumatına əsasən, dünya iqtisadiyyatı hər il rüşvətə görə 2,6 trillion dollar itirir. Özü də, inkişaf edən ölkələrdə rüşvətxorluqla bağlı itkilər rəsmi inkişafla bağlı edilən yardımların həcmindən 10 dəfə çox təşkil edir.

27 sentyabr tarixində Şərqi iqtisadi Forum çərçivəsində təqdim edilən məruzədə Rusiya biznesi üşün ən böyük problemlərdən biri kimi korrupsiya və maliyyələşmənin əlçatımlı olması qeyd edilib.

2016-cı ilin noyabrın ortalarında korrupsiya ilə mübarizə üzrə qeyri-hökumət təşkilatı olan Transparency International Rusiyanı və Ukraynanı Avropanın və Mərkəzi Asiyanın ən korrupsiyalaşmış ölkələri hesab edib. Xüsusən də, məmurların korrupsiyaya uğraması və rüşvətxorluğa qarşı cəmiyyətin dözümlülük nümayiş etdirməsi məruzədə vurğulanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26