Interposta.Info

Şəkidə toydan qayıdan hərbçilər yol qəzasına düşüb, 3 nəfər ölüb, 5-i yaralanıb

Ölkə
 9-12-2017, 20:23     10 451

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.

Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digr ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26