Interposta.Info

Mingəçevir-Aran yolunda ağır qəza

Ölkə
 5-10-2017, 18:22     9 163

Mingəçevir-Aran avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib

interposta.info-ın APA-ya istinadən xəbərinə görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

“VAZ-21012” markalı minik avtomobili qarşı tərəfdən gələn traktorla toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin, Yevlax rayonu Salahlı kənd sakini 1979-cu il təvəllüdlü
Məmmədova Flora Zakir qızı aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qadının iki azyaşlı övladı və qardaşı olan sürücü yüngül bədən xəsarətləri alıb. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26