Interposta.Info

Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər” FOTOLAR

Ölkə
 6-12-2017, 21:37     10 702

Xətai rayonu, Gəncə prospekti 20 A ünvanında yerləşən yarımtikili binanın sakinləri etiraz aksiyası keçirir. Onlar yaşadıqları mənzillərdən məcburi şəkildə çıxarıldıqlarını bildirirlər.

"XeberBiz" xəbər verir ki, Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, sakinlərin gileyini dinləyib.

Dekabrın 6-da, axşam saatlarında 100-ə yaxın sakin binanın qarşısına toplaşıb, köçürülmələrinə etiraz edirlər. Onlar binadan köçürüləcəkləri təqdirdə mənzillə təmin olunmalarını tələb edirlər. Əks halda, qəzalı durumda olsa da, binanı tərk etməyəcəklərini bildirirlər.
Əraziyə Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri və polis əməkdaşları da cəlb olunub.

Sakinlər musavat.com-a bildirdilər ki, 23 ildir yaşadıqları mənzildən onları heç bir kompensasiya ödəmədən çıxarmağa çalışırlar:
“1994-cü ildən yaşadığımız bina qəzalı durumdadır. Burada yaşayanların bir hissəsi məcburi köçkünlər idi. Digər ailələr isə yerlilərdir. Bir neçə ay öncə köçürülmə prosesi başlandı və məcburi köçkünlər müxtəlif yerlərdə mənzillə təmin olundu. Bizə isə köçürülmə vədi verdilər. Müxtəlif zamanlarda tez-tez icra hakimiyyətindən nümayəndələr gəlir, ölçü işləri aparırdılar. Biz isə düşünürdük ki, bunu kompensasiya məqsədilə edirlər.

Lakin bu gün icra hakimiyyətindən nümayəndələr əraziyə gələrək bizə deyirlər ki, indiyədək qeyri-qanuni şəkildə yaşamısız. İndi mənzil almaq haqqınız yoxdur. Gecə vaxtı bu soyuqda bizi çölə atmaq istəyirlər. Deyirlər, çıxmalısız, harada yaşayrısız, yaşayın. Kömək məqsədilə bizə yalnız 2 aylıq kirayə haqqı ödəyirlər”.

Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR

Məsələ ilə bağlı hadisə yerində olan Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin də rəyini öyrənməyə çalışdıq. Özünü təqdim etməyən icra nümayəndəsi musavat.com-a bildirdi ki, bina qəzalı durumdadır və sakinlərin binadan köçürülməsi zəruridir: “İcra hakimiyyəti olaraq öhdəmizə düşəni yerinə yetirmişik, məcburi köçkün ailələrini qeydiyyata almışıq və mənzillərlə təmin olunublar. Bina qəzalı binadır. Burada 84 ailə yaşayır. Komissiya tərəfindən qərar qəbul etmişik ki, bu insanlar köçürülməlidir. Hansı rayondan gəliblərsə, ora getsinlər. Respublikanın müxtəlif rayonlardan gəliblər, ora da dönsünlər. Bizim yerimiz yoxdur. Qeydiyyatsız yaşayanlardır, gəlib qeyri-qanuni zəbt ediblər. Gördüyünüz kimi, bina qəzalı vəziyyətdədir. 98 məcburi köçkün ailəsini “Qaçqınkom”la bir yerdə köçürmüşük”.

Qeyd edək ki, 2000-ci ildə sürüşmə nəticəsində yerindən bir neçə santimetr irəli sürüşən bina qəzalı vəziyyətə düşüb. Nəticədə binanın arxa hissəsi çökərək, təhlükə hala gəlib. Hazırda kənardan baxarkən də binanın əyri olması gözə çarpır.

interposta.info


Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR
Xətaidə qəzalı bina boşaldılır, kompensasiya ödənilmir: “Hansı rayondan gəliblərsə, oraya getsinlər”  FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26