Interposta.Info

Sabunçu rayonunda etiraz aksiyası keçirildi -

Ölkə
 7-02-2017, 20:18     3 695

Sabunçu rayonunda etiraz aksiyası keçirildi -

Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” pioner düşərgəsində yaşayan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.

interposta.info xəbər verir ki, Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, onların gileyini dinləyib.

100-ə yaxın məcburi köçkün məskunlaşdıqları düşərgənin həyətində toplaşaraq etirazlarını bildiriblər. Etirazın səbəbi illərdir ki, yaşadıqları acınacaqlı şəraitlə bağlı olub. Sakinlərin dediyinə görə, burada Laçın, Şuşa, Füzuli, Zəngilan və başqa rayonlardan ümumilikdə 250-dən çox məcburi köçkün ailələləri yaşayır. “Pioner düşərgəsi” adlanan bina bərbad durumdadır.

Qəzalı binalarda və onların həyətində daxmalarda yaşayan ailələrin durumu çox acınacaqlıdır. Taxta konstruksiyadan tikilən evlər yaşanmaz hala gəlib. Evlərdə nə qaz, nə də su xətti yoxdur. Bundan əlavə elektrik üçün sayğacların quraşdırılması onları narahat edir. Evlərdə qaz olmadığından elektrik enerjisindən çox istifadə edilir. Aksiya iştirakçıların əsas tələbi qaz və su xəttinin çəkilməsidir. Əks halda elektrik sayğaclarının quraşdırılmasına icazə verməyəcəklərini bildirdilər.

Qeyd edək ki, əhali 360 tonluq su anbarı ilə təmin olunur. Lakin yanvar ayının 18-dən etibarən su verilişi dayandırılıb. Məcbur köçkünlər su qabları ilə kilometrlərlə məsafədən su daşımağa məcbur olurlar. Halbuki, yaşadıqları evlərə yaxın 1 km-ə yaxın məsafədə su xətti var. Onlar “Azərsu” ASC-yə məktub göndərdiklərini, lakin bir cavab ala bilmədiklərini dedilər.

Binaların divarları uçmuş vəziyyətdədir, damları dağılmaq üzrədir. Hava küləkli olan zaman bu, bədbəxt hadisələrə yol aça bilər. Elektrik xətləri yararsız vəziyyətə düşüb. Yağışlı havalarda tez-tez qısaqapanmalar olur.

Məcburi köçkünlər yeni evlərlə təmin olunmalarını istəyirlər. Balaca, ensiz otaqlarda 5-6 nəfərin yaşaması çətinləşib. Evlərin rütubət içərisində olması müxtəlif xəstəliklərə yol açır.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26