Interposta.Info

Bakıda "Lexus"un üzərinə binadan kərpic düşdü -

Ölkə
 20-11-2017, 20:28     10 267

Bakıda binadan avtomobilin üzərinə çox sayda kərpic düşüb.

interposta.info Baku.ws-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Binanın 8-ci mərtəbəsinin eyvanından 300 ədəd kərpic həyətdə dayanan "LEXUS 460" markalı avtomobilin üzərinə düşüb. Təxminən 35 min dollar civarında olan avtomobil tam yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ətrafda insanlar olmayıb.

Mənzildə təmir aparan ev sahibi ilə avtomobilin sahibi arasında bu hadisəyə görə mübahisə yaşanıb. Avtomobilin sahibi yeni maşın alınmasını tələb edir. Ev sahibi isə avtomobili təmir edəcəyini bildirir. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları əraziyə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzi xəbər saytları avtomobilin üzərinə paltaryuyan maşının düşdüyünü yazmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26