Rusiyada azərbaycanlı gənc meşədə donaraq ölüb
Rusiyanın Amur vilayətinin Şimanovskiy rayonu Saskalinskiy qəsəbəsində azərbaycanlı gənc meşədə donaraq ölüb.
Yaxınlarının "Report"a verdiyi xəbərə görə, əslən Azərbaycanın Salyan rayonundan olan, Rusiya vətəndaşı 1986-cı il təvəllüdlü Səmədov Aleksey Abdurrəhman oğlunun meyiti qəsəbə sakinləri tərəfindən meşədə donmuş halda tapılıb.
Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.
A.Səmədovun həvəskar ovçuluqla məşğul olduğu deyilsə də, meyiti aşkar olunan zaman ov alətləri və ya ov silahı yanında olmayıb. O doğulduğu qəsəbədə dəfn olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26