Interposta.Info

Oğuzda meşədə yanğın başlayıb

Ölkə
 31-08-2017, 17:38     10 473

Oğuzda meşədə yanğın başlayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26