Interposta.Info

İcra başçısının imzasını saxtalaşdıran şəxs ifşa edildi –

Ölkə
 14-11-2017, 21:49     7 547

İcra hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edilib.

interposta.info Xəzər TV-yə istinadən məlumatına görə, Abşeron rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb.

Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm
Məlikov ifadəsində bildirib ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib.

Araşdırma zamanı o da məlum olub ki, Şahbaz Cavadovun Əkirəm Məlikova əvvəllər 5 min manat borcu olub. O, bu borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkirəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 minini borca qaytarıb. Şahbaz Cavadov bu qanunsuz əməlinə görə indi çox peşman olduğunu deyir.

Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26