Interposta.Info

Onlara epilyasiya qadağandır? -

Ölkə
 12-11-2017, 11:29     9 793

Cəmiyyətdə lazer epilyasiyasının ziyanlı tərəfləri haqda çox eşitmişik.

interposta.info bildirir ki, 40 yaşlı qəhrəmanımız Ruhiyyə Hüseynova da vaxtilə bu düşüncəylə tərəddüd etsə də, sonda kosmetoloqa müraciət edib. Deyir ki, bu prosedurun ziyanlı tərəfləri ilə rastlaşmayıb. Amma hər kəs şanslı olmur. Arzuolunmaz tüklərdən xilas olub təhlükəli xəstəliklərə yoluxanların sayı da az deyil. Soyuqdəymə, qrip, allergiyanın kəskinləşdiyi zamanda lazer epilyasiyası məsləhət görülmür. Kosmetoloq deyir ki, fəsad yaranmaması üçün prosedur zamanı dəri tipinə uyğun dərəcə seçilməlidir. Lazer epilyasiyasında işıq dalğası tükün kökünü yandırır, nəticədə həmin nahiyədə tük inkişafı ləngiyir. Mütəxəssislər bu şüanın telefon və ya kompyuter şüasından üstün olmadığını deyirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26