Interposta.Info

Müxalifətçi jurnalist saxtakarları müdafiə edir - FOTO

Müxtəlif
 23-09-2020, 14:50     686

Dünən Bakının Nərimanov rayonunda yerləşən "Ak Qadın salonu"adlı salonda Lazer epilyasiyası edən Aysel xanım adında biri Rəsmi.info saytının əməkdaşı Aygün Poladovanın qollarını yandırıb,bundan əlavə qaşlarında permanent əməliyyatı edərkən müəyyən səhvlərə yol verib və əməkdaşımıza maddi və mənəvi ziyan dəyib.

Əməkdaşımız redaksiyaya müraciət edərək haqqının tələb olunmasını xahiş edib.Bu zaman biz redaksiya adından həmin "Ak Qadın salonu"na zəng edərək məsələni bildirmişik.Onlar da öz növbəsində səhvlərini boyunlarına alıblar və bütün xərcləri geri qaytarmaqla bərabər üzrxahlıq da ediblər.Bundan soinra şikayətçi ilə görüşdükdə,sözlərindən qaçaraq,"Gedin hara istəyirsiz şikayət edin"deyiblər.
Heç 15 dəqiqə keçməmiş Baş redaktorun telefonuna 050 534 28 10 nömrəli telefondan zəng gəlib.Adını Mətbuat Şurasının əməkdaşı kimi qələmə verən bu dələduz xanım,sən demə Tanınmış Aygün Muradxanlı imiş.Heç yaraşdırmadım.
Müxalifətçi jurnalist saxtakarları müdafiə edir.



Nəyinsə müqabilində,kiminsə xahişilə dələduz və saxtakarları müdafiə etmək sizin üçün gülüncdür Aygün xanım.Deyilənə görə salon elə onun özünündür.Elə ona görə də müdafiə edir.Hazırda biz zərərçəkənin həkim arayışları və şəkilləri ilə birlikdə şikayəti aidiyyatı qurumlara göndərmişik.Lazım olan tədbirləri həyata keçirib,bizi məlumatlandıracaqlar.Araşdırma.info və Resmi.info saytlarında nəticə ilə sizləri tanış edəcəyik.
Sizə isə,Aygün xanım məsləhət görürük ki,bilmədiyiniz bir şey barədə və kolleqalarınıza qarşı bu cür davranmaq əvəzinə,sizin salonda 800 AZNi-ə icarə verdiyiniz Lazer Epilyasiya kabinetində işlətdiyiniz savadsız kadrları cəzalandırın.Sonda qeyd etmək istəyirik ki,qadınlar Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən AK Qadın salonundan uzaq olsunlar.Əks halda sizin sağlamlığınız təhlükədədir.Üstəlik Aygün Muradxanlı adlı jurnalist səzi şantaj da edə bilər.
Bu da sizə ,şikayətçi Aygün Poladovanın ərizəsi və yanmış qolları.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26