Interposta.Info

Aygün Kazımova ölümlə hədələnib

Maqazin
 11-04-2019, 11:21     10 493

Xalq artisti Aygün Kazımova ölümlə hədələnib.

İnterPosta.info
"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məşhur müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib.

O, MTV-də yayımlanan "Üç canlı” proqramında qonaq olarkən hadisənin "Aygün bir gün” adlı solo konsertindən bir gün əvvəl baş verdiyini qeyd edib:

"Aygün Kazımovanı konsertindən qabaq hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26