Interposta.Info

Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür –

Maqazin
 26-01-2018, 12:39     10 610

Bu gün xalq artisti Aygün Kazımovanın 47 yaşı tamam olur.

"XeberBiz" Kult.az-a istinadən xəbər verir ki, sənətçi doğum günü üçün komandasının ona hədiyyə kimi hazırladığı videoçarxı şəxsi İnstaqram hesabında paylaşıb və öz təşəkkürünü bildirib.

Sənət dostları və izləyiciləri də müğənnini bu xoş gün münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib.1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanıb. 1999-cu ilin aprel ayının 10-da Heydər Əliyev Sarayında ilk solo konsertini - "Aygün, bir gün - Gecələr" verib.

Aygün Kazımova ilk azəri sənətçi olaraq Hollivudda mahnı yazdırıb. Tamamilə ingilis dilində olan 1 albomu var. Aygün Kazımovanın rəsmi olaraq 5 solo-albomu, 5 yığma albomu, 50-dən çox klipi, 350-dən çox mahnısı var.

Xalq artisti ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin solisti vəzifəsinə təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26