Interposta.Info

Aygün Kazımovanın mediaya qapalı olan ad günündən görüntülər

Maqazin
 27-01-2018, 19:19     10 592

Xalq artisti Aygün Kazımova Bakıdakı məkanların birində özünə dəbdəbəli doğum günü keçirib.

interposta.info baku.ws-ə istinadən xəbər verir ki, müğənninin doğum gününə tanınmış sənətçilər və bir sıra yaxın dostları toplaşıb. Şənlikdə ancaq Aygün Kazımovanın xüsusi dəvəti ilə gələnlər yer alıb. A.Kazımovanın dərin dekoltesi ad günündə diqqət çəkib.

Tədbir mediaya nümayəndələrinə qapalı olub. Xarici və yerli mahnılar ifa edən xalq artisti sonda öz maketi formasında hazırlanmış tortu kəsib.
Aygün Kazımovanın mediaya qapalı olan ad günündən görüntülər
Səbəbkar tortun burun hissəsini ötən günlərdə burnundan əməliyyat olunan əməkdar artist Coşqun Rəhimova, dodağını isə prodüser, ssenarist Müşviq Abbasova verib.

Qeyd edək ki, dünən Aygün Kazımovanın 47 yaşı tamam olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26