Interposta.Info

Ekstrasensdən qorxulu xəbərdarlıq

Ölkə
 7-11-2017, 11:14     4 178

Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sıra ölkələrin darmadağın olacağını bildirib.

Publika.az xəbər verir ki, Hindistanın Babu Kalayil adlı tanınmış cadugəri qorxunc hadisənin olacağından xəbər verib.

Hindli cadugər Hind Okeanında baş verəcək güclü zəlzələ haqda hər kəsi məlumatlandırıb. Zəlzələnin nəhəng sunami yaradacağını iddia edən şəxs Çin, Hindistan, Yaponiya, Nepal, Pakistan, İndoneziya, Əfqanıstan da daxil olmaqla, 11 ölkədə dəhşətli dağıntılar gözlənildiyini bildirib.

Təbii fəlakətin qurbanlarının sayını azaltmaq məqsədilə, o, hətta Hindistanın baş naziri Narendre Moduya məktub yazaraq, kataklizmlərə hazırlaşmağı məsləhət görüb. Məktubda onun sözlərini qulaqardına vurmamağı xahiş edən hindli ekstrasens, dağıdıcı zəlzələnin artıq bu ilin dekabrında olacağını da dəqiqləşdirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26