Interposta.Info

Seysmoloji Xidmət Mərkəzinin rəhbərindən zəlzələ ilə bağlı –

Ölkə
 16-11-2017, 10:52     10 377

“Bu gün yeraltı təkanların episentri Ağdam ərazisində - Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 km təşkil edib”.

interposta.info-ın xəbərinə görə, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevir, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, - deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər:

“Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26