Interposta.Info

Türkiyədə güclü zəlzələ: İstanbul, İzmir, Bursa...

Ölkə
 20-02-2019, 23:28     10 435

Türkiyənin Çanaqqala şəhərinin Ayvacıq ərazisində zəlzələ baş verib.

Zəlzələ 5 bal gücündə qeydə alınıb.

Zəlzələnin Mərmərə - Egey bölgələri boyunca, İstanbul, Bursa, Balıkəsir, Ədirnə və İzmir şəhərlərində də hiss edildiyi bildirilib.

Zəlzələdən dolayı Çanaqqala sakinləri arasında ciddi təşviş yaşanıb və insanlar küçələrə axın edib.

Ayvacıq səmtinə elektrik enerjisinin verilişi dayandırılıb.

Yeraltı təkanların ən azı 30 saniyə davam etdiyi deyilib.

Qəndilli rəsədxanası isə zəlzələnin maqnitudasının 5,5 gücündə olduğu barədə informasiya yayıb.

Dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26