Interposta.Info

Dövlət qurumlarının fəaliyyəti dəyişir STRATEJİ XƏRİTƏ

Ölkə
 5-10-2017, 12:53     8 973

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı ekspert Vüqar Bayramov Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürən qardaşı Qubad İbadoğlu ilə fərqli cəbhələrdə yer alması barədə səslənən iddialara münasibət bildirib.

Xatırladaq ki, Vüqar Bayramovun rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) hakimiyyətə yaxın QHT-lər sırasında olduğu haqda fikirlər səsləndirilir. Onun qardaşı iqtisadçı Qubad İbadoğlu isə Azərbaycanın ana müxalifət partiyalarından biri olan Müsavat Partiyasının aparıcı funksioneridir.

Vüqar Bayramov Aktual.az-a açıqlamasında bildirib ki, hər bir şəxsin fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsinin tərəfdarıdır:

"Təbii ki, Qubad İbadoğlu Azərbaycanın ən yaxşı iqtisadçılarından biridir. Amma mənə Qubad İbadoğlunun qardaşı kimi deyil, iqtisadçı Vüqar Bayramov kimi münasibətin göstərilməsinin tərəfdarıyam. Nəzərə alsaq ki, mən Vaşinqton Universitetinin məzunuyam və Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramına həmsədr seçilən ilk azərbaycanlıyam. Eyni zamanda dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilən ilk azərbaycanlı iqtisadçıyam. Təbii ki, bu siyahını daha genişləndirmək olar. Mən həm də Avropa Birliyində komissiya sədri seçilən ilk azərbaycanlıyam. Ona görə də hesab edirəm ki, hər bir şəxsin fərdi olaraq fəaliyyətinə qiymət verilməlidir".

Vüqar Bayramov həmçinin iqtisadçıların və elm adamlarının siyasətlə məşğul olmasının tərəfdarı olmadığını bildirib:

" Güman etmirəm ki, Qubad İbadoğlunun fəaliyyəti müxalifətə yaxın, ya mənim rəhbərlik etdiyim mərkəzin fəaliyyətinin hökumətə yaxın olması və bu şəkildə qiymətləndirilməsi doğrudur. Yəni mən bir İqtsadi və Sosial İnkişaf mərkəzinin sədri olaraq müstəqil fəaliyyət göstərirəm. Ümumiyyətlə, siyasətdə iqtisadçıların və elm adamlarının iştirakını məqbul hesab etmirəm".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26