Qubad İbadoğlu: “Qırğızıstanda nəticə əsaslı büdcəyə keçidin müəllifi mənəm”
İqtisadçı -alim, ABŞ -ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu xüsusi qeydlə çıxış edib.
"İnterPosta.info" mövzunun vacibliyini nəzərə alaraq, həmin statusu təqdim edir:
“Hesablama Palatasının sədri bu gün açıqlama verib ki, dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik. Qırğızıstanda nəticə əsaslı büdcəyə keçidin müəllifi mənəm.
2014-cü ildə BMT-nin inkişaf proqramının dəstəyi ilə Bişkekdə Qırğızıstan hökümətinə bu istiqamətdə etdiyim təklifi Maliyyə Nazirliyi həmin ildə də reallaşdırdı. Qısa müddətdə mənim rəhbərliyim ilə yaradılan komissiya Qırğızıstanın o vaxtkı maliyyə naziri Olqa Lavrovanın tapşırığı ilə işə başladı və 6 ay ərzində biz Qırğızıstan üçün proqram əsaslı nəticəyə yönələn büdcə kodlaşdırılmasına və təsnifatına nail olduq. O vaxtdan indiyə qədər mən bu təklifi dəfələrlə səsləndirmişəm. Üstündən 5 il keçəndən sonra Hesablama Palatası da bu məsələni qaldırıb, təqdir edirəm. Çünki, heç vaxt olmamasından gec olması yaxşıdır. Amma inanmıram ki, Azərbaycanın maliyyə nazirliyi yaxın illərdə nəticə əsaslı büdcəyə keçidi təmi edə bilər”./Yeni Musavat
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26