Interposta.Info

Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -

Ölkə
 2-10-2017, 16:22     10 074

Ukraynanın Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı 4 azərbaycanlı yanaraq ölüb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, Anqolenko bazarı ərazisindəki hosteldə yanğın dünən gecə baş verib.

Kərpicdən olan köhnə binanın ikinci mərtəbəsi yanıb. Yanğın təxminən iki saata söndürülüb. Dörd nəfər hadisə yerində, beşinci çəxs - hostelin mühafizəçisi xəstəxanaya aparılarkən ölüb. Dörd nəfəri, o cümlədən bir uşağı xilas etmək mümkün olub.

Ölən azərbaycanlılardan 3-ü Zaporojyeyə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Çerniqov vilayətindən gəlibmiş. Bakıdan olan dördüncü şəxs isə yaxın zamanlarda Azərbaycana qayıtmalı idi.

İlkin məlumatlara görə, yanğına elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması səbəb ola bilər.

interposta.info
Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -
Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -
Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -
Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -
Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -
Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26