Ukraynada azərbaycanlı məmurun oğlu yandı
Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.
interposta.info-ın Report-a istinadən xəbərinə görə, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.
O, Sabirabad rayonunda dəfn edilib.
Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb. Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26